Naxçıvanın sabiq daxili işlər naziri azadlığa buraxıldı
Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılıb.
Musavat.com xəbər verir ki, Missiya.Az-ın əldə etdiyi məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsində Əhməd Əhmədovun şikayətinə baxılıb və sabiq nazirin iddiası təmin olunub.
Əhməd Əhmədov məhkəmə zalından sərbəst buraxılıb.
Xatırladaq ki, Əhməd Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad olunmuş və üzərindən 4 il keçəndən sonra o, müvəqqəti məskunlaşdığı Bakı şəhərindən Naxçıvana çağırılaraq 11 il müddətinə həbs edilmişdi. Sabiq nazir külli miqdarda dövlət əmlakını mənimsəməkdə günahlandırılmışdı.
Adil Vəliyev. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Xəbər verdiyimiz kimi, 2022-ci ilin oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində 10-DF-090 dövlət nişanı "Range Rover" markalı avtomobil yüksək sürətlə idarə edilməsi səbəbindən "Kia" markalı avtomobillə toqquşub. Nəticədə "Kia"da olan sərnişinlər - Göygöl rayon sakinləri Zülfüqar Zülfüqarov və Ayxan Süleymanlı vəfat edib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov fevral ayının 14-də keçirilən ağacəkmə aksiyasında mətbuata verdiyi açıqlamada bu ilin sonuna qədər ölkə ərazisində 5 milyon ağacın əkilməsinin planlaşdırıldığını bildirib.