UEFA "Barselona" klubunun hakimlərə rüşvət verməsi barədə ittihamlarla bağlı istintaqa başlayıb.
Avropanın ali futbol qurumunun yaydığı məlumatda bildirilib:
“UEFA İntizam Qaydalarının 31(4) maddəsinə uyğun olaraq, “Neqreyra işi” adlanan hadisə ilə bağlı “Barselona” futbol klubunun potensial qanun pozuntularını araşdırmaq üçün bu gün etika və intizam müfəttişləri təyin edilib”.
Qeyd edək ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı texniki hakimlər komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırmışdı. \Offsideplus.az
"Qarabağ" və "Qalatasaray" klubları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınmasının həyata keçirilməsi məqsədilə martın 26-da “Qara Qarayev” metro stansiyası və Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspres marşrutlar təşkil edilib.
“Qarabağ” martın 26-da Türkiyənin “Qalatasaray” klubuna qarşı yoldaşlıq oyunu keçirəcək. Matç üçün biletlərin nə vaxt satışa çıxarılacağı bəlli olmasa da, qiymətlər artıq məlumdur.