Cia.az “Lenta.ru” portalına istinadla xəbər verir ki, argentinalı hücumçu Lionel Messi peşəkar karyerasındakı 800-cü qolunu vurub.
35 yaşlı forvard Argentina ilə Panama millilərinin yoldaşlıq görüşündə fərqlənib. Messi qarşılaşmanın 89-cu dəqiqəsində rəqibin qapısından top keçirib. Bu, onun milli komandadakı 99-cu qolu olub. Messi İspaniyanın “Barselona” klubunun heyətində 672, Fransanın “Pari Sen-Jermen” komandasında isə 29 qol vurub.
"Qarabağ" və "Qalatasaray" klubları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınmasının həyata keçirilməsi məqsədilə martın 26-da “Qara Qarayev” metro stansiyası və Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspres marşrutlar təşkil edilib.
“Qarabağ” martın 26-da Türkiyənin “Qalatasaray” klubuna qarşı yoldaşlıq oyunu keçirəcək. Matç üçün biletlərin nə vaxt satışa çıxarılacağı bəlli olmasa da, qiymətlər artıq məlumdur.