Bu ölkədə dindarlar qətlə yetirilir, narkomanlar isə... - ŞOK FAKTLAR
Cənubi Koreyanın yaydığı 450 səhifəlik rəsmi hesabatda Şimali Koreya vətəndaşlarının ölüm cəzası tələb etməyən müxtəlif cinayətlərə görə edam edildiyi bildirilib.
Cia.az xəbər verir ki, 2017-2022-ci illər arasında ölkəni tərk edən 500-dən çox Şimali Koreya vətəndaşının verdiyi açıqlamalara əsasən, Şimali Koreya xalqının həyat haqqı təhlükə altındadır. Məlumata görə, Şimali Koreyada ölüm cəzası narkotik cinayətləri, Cənubi Koreya istehsalı videoların paylaşılması, dini fəaliyyətlər kimi səbəblərə görə verilir.
Kütləvi edamlar, işgəncələr və əsassız həbslərlə bağlı məlumatların yer aldığı hesabatda ictimai yerlərdə, həbs düşərgələrində və bir çox başqa yerlərdə dövlət tərəfindən insan hüquqlarının pozulması hallarına yol verildiyi də vurğulanıb. Hesabatda insanların saxlama mərkəzlərində öldürüldüyü və işgəncələrə məruz qaldığı, sərhədi keçməyə cəhd edən bəzi Şimali koreyalıların tutulduqdan dərhal sonra edam edildiyi bildirilib.
Cənubi Koreya lideri Yoon Suk Yeol bildirib ki, hesabat beynəlxalq ictimaiyyəti Şimali Koreyanın "dəhşətli" təcrübələri barədə məlumatlandırıb.
Cənubi Koreyanın yaydığı rəsmi məlumatlara görə, bu günə qədər təxminən 34.000 Şimali koreyalı Cənubi Koreyada məskunlaşıb. Lakin Şimali Koreya sərhəddə təhlükəsizliyi gücləndirdiyi üçün ölkədən qaçanların sayı kəskin şəkildə azalıb. Bildirilir ki, 2021-ci ildə Şimali Koreyadan Cənubi Koreyaya 63, 2022-ci ildə isə cəmi 67 nəfər qaçıb.
Türkiyədə keçirilən prezident seçkisinin birinci turu geridə qaldı. İlk turda heç kim qalib olmadı. Prezident Rəcəb Tayyib Ərdoğan seçkidə öndə olsa da, o, lazım olan baryeri (50%+1 səs) aşmayıb.
Bir çox evdar qadın kartofun quru və sərin yerdə saxlanmalı olduğunu bilir. Buna görə də mətbəxdə ən uyğun yer kimi şkafı görürlər. Buna səbəb isə günəş şüaları bura daxil olmamasıdır. Çox vaxt evdar qadınlar kartofla birgə ora soğan da qoyurlar. Burada kobud səhvə yol verilir.
Mütəxəssislərin fikrincə, ağır maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv edilməsi, koronavirusdan daha pis pandemiya və ya bunların birləşməsi qlobal çöküşlə nəticələnə bilər.
Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan "zəlzələ peyğəmbəri" ləqəbli mütəxəssis Frank Hoogerbeets yeni açıqlaması ilə diqqət çəkib.
Türkiyədə baş vermiş dəhşətli zəlzələləri öncədən proqnozlaşdıran və “zəlzələ peyğəmbəri” kimi tanınan Frank Hoogerbeets ötən gecə baş verən zəlzələləri də əvvəlcədən bilib.