banner
banner

Cəmİyyət

Nazir “o yeniyetmə ruhi xəstə deyil” deyən baş həkimi işdən çıxardı

Nazir “o yeniyetmə ruhi xəstə deyil” deyən baş həkimi işdən çıxardı

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.

Cia.az Bakıvaxtı.az-a istinadən bildirir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.

A.Rəsulov Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunub.

Ağahəsən Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub.

Qeyd edək ki, Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra bu xəstəxananın adı daha tez-tez hallandırılır.

Onu da bildirək ki, A.Rəsulov bir gün əvvəl sitat-info-ya yeniyetmənin durumu ilə bağlı açıqlama verib:

“O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Xalq artisti oğlunun işdən çıxarılmasından danışdı: “Sahil Babayevin atası ilə haqq-salama görə gözlədim, amma nazir hörmət qoymadı”

“Tənqidi fikirlərim yox, obyektiv mövqeyim olub. Oğlum Babəkin işdən çıxarılmasına min don geyindirirlər. Onun əmək kitabçası bu nazirlikdə açılıb. Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir olan zaman oğlum öz CV-sini verib, işə qəbul olub. Bu adam iqtisadiyyatı bitirib. 16 ildir, sakit işləyirdi. Nazirlikdə rəhbərlik dəyişəndə oğluma qarşı ciddi aqressiya başladı. Köhnə işçilərin çoxunu işdən çıxardılar. Xalqın cavan kadrları nazirlikdə işləyirlər, bunun kimə nə dəxli var? Oğlumu “gözüm-çıxdıya” saldılar. Gəlib evdə mənə dedi. Dedim ki, oğlum, mən qarışmıram. Bir gün də gəlib dedi ki, məni filiala göndərirlər. Səbəbini soruşdum. Dedi ki, cavan bir oğlan gəlib, yeznəsi nazirin müavinidir, qaynı da həmin şöbənin rəisidir, deyilənə görə, alverlə məşğuldurlar. Rəis deyib ki, şərtlərimə uyğun işləmələsiniz. Oğlum da deyib ki, mən illərdir, qanun nə deyirsə, ona uyğun işləyirəm. Cavabında deyiblər ki, onda biz bir yerdə işləyə bilmərik, ərizəni yaz. Oğluma dedim ki, ərizə yazma. Çox sıxışdırdılar. Kadrlar şöbəsinin müdiri gündə gedib-gəlib deyib ki, ərizəni yaz. Babək mənə dedi ki, kadrların müdiri məni dəli edib. Sonra bildilər ki, Babək mənim oğlumdur, “xala xətrin qalmasın” atdılar Bakı filialına. Yenə də dedilər ki, necə deyiriksə, elə işləməlisiniz. Qanun qalıb bir tərəfdə, artıq şəxsi maraqlar işləyir. Bir az orda da işləyəndən sonra oğlumu öz sahəsinə aid olmayan başqa sahəyə atıblar. Psixoloji baxımdan Babəki işindən bezdirirdilər. Deyirdim ki, oğlum, döz, döz... Axırda dedi ki, ay ata, gərək dava edim, məni aparıb “ASAN Xidmət” deyilən şöbəyə atıblar, axı o sahənin adamı deyiləm”.

Bu partiya da ləğv olundu

1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan Qorqud Partiyası fəaliyyətinə son verib.

Naxçıvanda vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.