Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov dünyasını dəyişib.
Qeyd edək ki, Aftandil İsrafilov 1941-ci il yanvarın 24-də Bakıda anadan olub.
O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.
A. İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü idi.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb.
Xalq artisti Afaq Bəşirqızı mərhum həmkarı, Xalq artisti Səyavuş Aslanın uzun zamandır səfil həyat yaşayan böyük oğlu Çingiz Aslan barədə gözlənilməz açıqlama verib.
“Həyatdır, haradan biləydim ki, 1993-cü ildə gənc bacımı itirəcəyəm. Ana olmadım. Bunu isə heç zaman gizlətməmişəm. Haradan biləydim ki, 21 yaşımda bacım öləcək, 3 yaşındaki övladı mənə qalacaq və onu böyüdüb, başa çatdıracağam. Çətinliklə də olsa onu böyütdüm. Hazırda da o qızın 6 balası var. Allah saxlasın”.
Martın 22-də yol qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi, prodüser Oqtay Əliyev bu gün dəfn olundu. Mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırıldı.