banner
banner

İqtİsadİyyat

Gömrük rüsumu ləğv edildi - Bu məhsullar ucuzlaşacaq

Gömrük rüsumu ləğv edildi - Bu məhsullar ucuzlaşacaq

Xəbər verdiyimiz kimi, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad ediləcək. Nazirlər Kabinetinin müvafiq qərarı 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.

Bəs, bu xaricdən idxal edilən sitrus meyvələrin qiymətinə təsir edəcəkmi?​

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az-a açıqlamasında deyib ki, bu tədbir nəticəsində xaricdən gələn meyvələrin qiyməti ucuzlaşacaq. Gömrük rüsumunun 15 faiz azaldılması məhsulun əlçatanlığının təmin olunmasına imkan verəcək:

"Tropik meyvələrin 15 faiz gömrük rüsumundan azad olunması müsbət haldır. Bu qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Həmçinin, bu tədbir nəticəsində digər meyvələrin qiymətinin enməsi üçün zəmin yaradacaq. Sözsüz ki, bu, yerli meyvələrin qiymətinə də təsir göstərəcək".

İqtisadçının dediyinə görə, Azərbaycana ən müxtəlif ölkələrdən təzə meyvə məhsulları idxal olunur:

"Bu məhsullar arasında sitrus, tropik meyvələrlə yanaşı, Azərbaycanın iqlim şəraitində yetişən meyvələr də var. Sitrus və tropik meyvələrin idxalı başadüşüləndir. Çünki ölkəmizin iqlim şəraiti həmin məhsulları yetişdirməyə imkan vermir". ​

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.