Qəbələdə 12 milyon manatlıq villa kimindir? - Gözqamaşdıran fotolar
Qəbələdə dəbdəbəli villa fantastik qiymətə satışa çıxarılıb.
Cia.az xəbər verir ki, Qəbələ şəhəri “Chenot palace health wellness” sağlamlıq mərkəzinin yanında yerləşən villa alıcıya nə az, nə çox, düz 12 milyon manata təklif olunur.
500 sot torpağın içində tikilən, 1800 kv/m sahəsi olan dəbdəbəli mülk 2 mərtəbədən və 11 otaqdan ibarətdir.
İqamətgah eksklüziv mebellər, çilçıraqlar və rəsm əsərləri ilə tam təchiz olunub. Həyətində dekorativ ağaclar və meyvə ağacları var.
Evin qapalı və açıq hovuzu, saunası, kinoteatrı və idman zalı da var. Satıcı 12 milyonluq villanı alacaq olan şəxsin məxfiliyini tam qoruyacağını da qeyd edib.
Mülkün sahibinin kimliyi gizli saxlanılır. Onun Rusiyada yaşayan azərbaycanlı iş adamlarından biri olduğu güman edilir.
Deputat Aqil Məmmədov “Qoşqar” adı altında istehsal olunan və Kəlbəcərdən gətirildiyi iddia edilən suların satışının ona yaxın şəxslər tərəfindən həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
“Tənqidi fikirlərim yox, obyektiv mövqeyim olub. Oğlum Babəkin işdən çıxarılmasına min don geyindirirlər. Onun əmək kitabçası bu nazirlikdə açılıb. Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir olan zaman oğlum öz CV-sini verib, işə qəbul olub. Bu adam iqtisadiyyatı bitirib. 16 ildir, sakit işləyirdi. Nazirlikdə rəhbərlik dəyişəndə oğluma qarşı ciddi aqressiya başladı. Köhnə işçilərin çoxunu işdən çıxardılar. Xalqın cavan kadrları nazirlikdə işləyirlər, bunun kimə nə dəxli var? Oğlumu “gözüm-çıxdıya” saldılar. Gəlib evdə mənə dedi. Dedim ki, oğlum, mən qarışmıram. Bir gün də gəlib dedi ki, məni filiala göndərirlər. Səbəbini soruşdum. Dedi ki, cavan bir oğlan gəlib, yeznəsi nazirin müavinidir, qaynı da həmin şöbənin rəisidir, deyilənə görə, alverlə məşğuldurlar. Rəis deyib ki, şərtlərimə uyğun işləmələsiniz. Oğlum da deyib ki, mən illərdir, qanun nə deyirsə, ona uyğun işləyirəm. Cavabında deyiblər ki, onda biz bir yerdə işləyə bilmərik, ərizəni yaz. Oğluma dedim ki, ərizə yazma. Çox sıxışdırdılar. Kadrlar şöbəsinin müdiri gündə gedib-gəlib deyib ki, ərizəni yaz. Babək mənə dedi ki, kadrların müdiri məni dəli edib. Sonra bildilər ki, Babək mənim oğlumdur, “xala xətrin qalmasın” atdılar Bakı filialına. Yenə də dedilər ki, necə deyiriksə, elə işləməlisiniz. Qanun qalıb bir tərəfdə, artıq şəxsi maraqlar işləyir. Bir az orda da işləyəndən sonra oğlumu öz sahəsinə aid olmayan başqa sahəyə atıblar. Psixoloji baxımdan Babəki işindən bezdirirdilər. Deyirdim ki, oğlum, döz, döz... Axırda dedi ki, ay ata, gərək dava edim, məni aparıb “ASAN Xidmət” deyilən şöbəyə atıblar, axı o sahənin adamı deyiləm”.
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsi miqrasiya qanunvericiliyinə dəyişikliklər haqqında məlumat yayıb. Hurriyyet.az həmin məlumatı olduğu kimi dərc edir:
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin müvafiq qərarda dəyişiklik edilib.
Rüşvətə görə 10 il 6 ay həbs cəzası alan Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun məhkəmədə verdiyi ifadə məlum olub.
Hurriyyet.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, A.Rəcəbov Gəncə Ağır Cinayətlər Məhkəməsindəki çıxışında rüşvət aldığını etiraf edib.
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhrəm Bayramov son model maşın kolleksiyası yaradıbdır. Qeyd edək ki, ötən ilin sonlarında sosial şəbəkələrdə bu barədə yazı dərc olunmuşdu.