banner
banner

Təhsİl

DİM qəbul imtahanı ilə bağlı məlumat yaydı

DİM qəbul imtahanı ilə bağlı məlumat yaydı

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Mayın 21-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

DİM-dən Cia.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

60-dan çox yaşı olan müəllimlərin sertifikasiyada iştirakı...

60 yaşı tamam olan müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllü xarakter daşıyacaqsa, onlar yalnız istədikləri təqdirdə müəllimlərin işə qəbul imtahanında iştirak edəcəklər. Əgər iştirak etsələr əməkhaqlarında təbii ki, dəyişiklik olacaq. MİQ-də iştirak etməsələr artım onlara şamil olunmayacaq.

DİM növbəti buraxılış imtahanı ilə bağlı məlumat yaydı

Aprelin 30-da Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan MR-də, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, Ucar, Zaqatala rayonlarında, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, eləcə də tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Bakıda 6 məktəb onlayn tədrisə keçəcək (SƏBƏB)

Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” ("Formula 1") yarışı ilə əlaqədar 24-30 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.

PREZİDENT MÜƏLLİMLƏRİN MAAŞINI 15 FAİZ QALDIRDI, TƏHSİL NAZİRLİYİ İSƏ DAHA DA AŞAĞI SALDI - Orta məktəb və uşaq bağçalarının müəllimlərindən etiraz

Bakı şəhərindəki bəzi orta məktəb və uşaq bağçalarının bir qrup müəllimi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, onların əmək haqları və dərəcələri aşağı salınıb, buna səbəb kimi isə qeyri-ixtisas müəllimi olmaları göstərilir: