“Rusiya bir gecədə təqribən 120 milyon dollarlıq silah-sursat itirib”
Cia.az “Yevropeyskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Hava Qüvvələrinin hesablamalarına görə, Rusiya mayın 16-na keçən gecə Ukraynaya növbəti güclü hücumu zamanı azı 119, 08 milyon dollar xərcləyib.
Ukraynadan verilən açıqlamaya görə, gecə vaxtı Rusiya Ukrayna ərazisinə aşağıdakı silahları atıb:
6 ədəd “Kinjal” aeroballistik raketi;
3 ədəd “Kalibr” qanadlı raketi;
3 ədəd ballistik/zenit raketi (növü müəyyənləşdirilir);
6 ədəd Şahed-136/131 Silahlı Pilotsuz Uçuş Aparatı;
3 ədəd “Orlan”, SuperCam.
“Forbes”in məlumatına görə, “Kalibr” raketi 6,5 milyon dollaradır. Ukrayna mətbuatının yazdığına görə, bu halda gecə atılan mərmilərin ümumi dəyəri 58,5 milyon dollar edir. Hipersəs X-47 “Kinjal” raketinin isə 10 milyon dollara, belə olduğu halda 6 zərbənin ümumi dəyərinin 60 milyon dollar olduğu güman edilir. Açıq mənbələrin verdiyi məlumata görə, İranın “Şahed-136/131” dronlarının birinin qiyməti 20-50 min dollar arasında dəyişir. 6 ədəd bu cür dronun ortalama qiyməti 280 min dollar edir.
Baş Qərargahın hesabına görə, Rusiyanın “Orlan-10” dronun dəyəri 100 min dollardır. SuperSam PUA-nın qiyməti barəsində açıq mənbələr olmadığından onun qiymətinin “Orlan-10” dronuna yaxın olduğu, beləliklə 3 dronun 300 min dollara başa gəldiyi fərz edilir.
Beləliklə, Ukrayada aparılan hesablamalara görə, 16 may gününə geçən gecədə Rusiyanın bu ölkəyə atdığı raketlər və dronlar Moskvaya təqribən 119,08 milyon dollara başa gəlib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbçilərinə qarşı əks-hücum əməliyyatına başladığını bildirib.
“Baş nazir Nikol Paşinyan hazırkı proseslərin hara getdiyini yaxşı bilir, lakin bundan imtina etmir. Çünki şəxsən onun üçün bu yolun alternativi yoxdur”.
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Odessaya raket zərbəsi nəticəsində 1 nədər dinc sakin həlak olub, 2 nəfər yaralanıb – onların hamısı sənaye müəssisəsinin işçiləri olub.
Cia.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 24 TV kanalına açıqlamasında mayın 10-da Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyini bildirib.