Hind okeanında Çin gəmisi batıb, 39 nəfər itkin düşüb
Çinə məxsus balıqçı gəmisi Hind okeanında batıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çin mərkəzi televiziyası məlumat yayıb.
Nəticədə 39 ekipaj üzvü ilə əlaqə itib.
Gəmidə 17 Çin, 17 İndoneziya və 5 Filippin vətəndaşı olub. Telekanaldan verilən məlumata görə, onların hamısı itkin düşənlər siyahısındadır, axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisədən sonra Çin rəhbəri Si Cinpin qəza yerinə əlavə xilasedici qüvvələrin göndərilməsi və beynəlxalq axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi barədə göstəriş verib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbçilərinə qarşı əks-hücum əməliyyatına başladığını bildirib.
“Baş nazir Nikol Paşinyan hazırkı proseslərin hara getdiyini yaxşı bilir, lakin bundan imtina etmir. Çünki şəxsən onun üçün bu yolun alternativi yoxdur”.
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Odessaya raket zərbəsi nəticəsində 1 nədər dinc sakin həlak olub, 2 nəfər yaralanıb – onların hamısı sənaye müəssisəsinin işçiləri olub.
Cia.az “Yevropeyskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Hava Qüvvələrinin hesablamalarına görə, Rusiya mayın 16-na keçən gecə Ukraynaya növbəti güclü hücumu zamanı azı 119, 08 milyon dollar xərcləyib.
Cia.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 24 TV kanalına açıqlamasında mayın 10-da Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyini bildirib.