banner
banner

Krİmİnal

Göyçayda ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı - FOTOLAR

Göyçayda ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı - FOTOLAR

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və oğurluq cinayətləri törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Bu barədə Cia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər rayon sakini- əvvəllər məhkum olunmuş Elçin Məmmədov, İlham Abdullayev və Malik İsgəndərov tutulub. Sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilərkən heroin və metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni İran vətəndaşından onlayn yolla aldıqları müəyyən edilib. Tanışlar birlikdə Malik İsgəndərova məxsus avtomobillə Bakı şəhərinə gedərək onlara əvvəlcədən göndərilən ərazidən narkotik vasitəni və psixotrop maddəni götürüb geri qayıdarkən Göyçayda polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində isə üzərində narkotik daşımaqda şübhəli bilinən Natiq Abdullayev və əvvəllər də analoji əməllərinə görə məhkum olunmuş Bəhruz Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı N.Abdullayevdən heroin, B.Məmmədovdan isə marixuana və yaşadığı evin həyətyanı sahəsindəki istixanadan çətənə kolu aşkarlanıb.
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Yalman kəndində yerləşən firmadan dəyəri 30 min manat olan qurğunu oğurlayan keçmiş məhkum Kənan Şəfizadə və fərdi yaşayış evindən məişət əşyaları oğurlayan Anar İsmayılov saxlanılıblar.

Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 
 
 
 
 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ağsuda 1 tondan artıq narkotik tərkibli bitki məhv edildi

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DSX-dən əməliyyat: saxlanılanlar var

May ayının 24-də saat 11:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Zevin kənd sakinləri - Şamo Faiq oğlu Şirbəyov və İlyas Rahib oğlu Şirbəyli tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

İntim videosu yayılan polkovnikə hökm oxundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevə hökm oxunub və o, 3 il 6 ay müddətinə müddətinə azadlıqdan məhrum edilib.

Üzərində odlu silah gəzdirən şəxs saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.