banner
banner

Sİyasət

“Ərdoğan qələbəni bu tarixdə qeyd edəcək” – ŞOK AÇIQLAMA

“Ərdoğan qələbəni bu tarixdə qeyd edəcək” –

“Türkiyədə 28 mayda keçiriləcək II tur seçkilərindən bir gün sonra – 29 may tarixi İstanbulun fəthinin ildönümüdür. Ərdoğanın böyük səslə qazanacağı və qələbəni fəth günündə qeyd edəcəyi müzakirə olunur”.

Cia.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

 

Ekspert bildirib ki, müxalifət düşərgəsindəki vəziyyət ürəkaçan deyil:

“Qarşılıqlı ittihamlar var, xüsusilə Kamal Kılıçdaroğlunun namizədliyinin əvvəldən yanlış olduğu qeyd olunur, seçki axşamı və sonrasında sərgilədiyi performans tənqid edilir. Kılıçdaroğlu iqtidarın 50+ səs ala bilməməsini “etibar səsini itirməsi” kimi təqdim etsə də, müxalif düşərgədəkilər belə Ərdoğanın ən nüfuzlu vaxtında 52 faiz aldığını, bu qədər problemlərə rəğmən, cəmi 2,5 faiz səs itirdiyini deyirlər. Ərdoğanın II turda ciddi səs üstünlüyü ilə qazanacağı fikrini əks düşərgədə səsləndirənlərin də sayı artır.

Kılıçdaroğlunun öz düşərgəsində tənqid edilməsi qazandığı 45 faiz səsin II turda azala biləcəyi gözləntisini önə çıxarır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident Moldovaya getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib.

Sabah Moldovada sülh danışıqları aparılacaq

Cia.az “Anadolu agentliyi”nə istinadla xəbər verir ki, sabahdan etibarən Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa Siyasi Birliyinin ikinci sammiti işə başlayacaq. Sammitdə Türkiyə və Azərbaycan prezidentləri də daxil olmaqla, 47 Avropa ölkəsinin liderləri iştirak edəcəklər. Rusiya ilə Belarus sammitə dəvət edilməyiblər.

Prezident Cefri Pyattı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edib.

Ərdoğandan Sinan Oğana böyük jest: Onun üçün yeni nazirlik yaradır

Türkiyədə prezident və parlament seçkilərinin hakim AK Partiyasının və onun lideri Rəcəb Tayyip Ərdoğanın əzici üstünlüyü ilə başa çatması qardaş ölkədə yeni siyasi şərait yaradıb. Təkcə seçkidən məğlub ayrılan müxalif düşərgədə deyil, iqtidar cəbhəsində də ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.

Bayden Ərdoğana zəng etdi

ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edərək onu II tur prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik edib.