“GünayBank”dakı əmanətlərin 66 faizi geri qaytarılmayacaq - MƏRKƏZİ BANK
Əhalinin “GünayBank”dakı əmanətlərinin 65.53 faizi geri qaytarılmayacaq.
Cia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (qısaca – AMB) bildirib. Dövlət qurumundan bildirilib ki, “GünayBank”dakı əmanətlərin 38 milyon 500 min manatı sığortalanıb. Yəni, əhalinin bankdakı əmanətlərinin 70 milyon 66 min manatı Əmanətlərin Sığortalanması Fondu (qısaca – ADİF) tərəfindən sığortalanmayıb və buna görə də bu əmanətlər geri qaytarılmayacaq.
Qeyd edək ki, cari ilin ilk rübündə “GünayBank”da əhalinin əmanətlərinin cəmi 108 milyon 566 min manat təşkil edib. Bunların 73 milyon 481 min manatı fiziki şəxslərin, 35 milyon 84 min manatı isə hüquqi şəxslərin əmanətləridir.
“Yaxın zamanlarda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən növbəti kredit ayırması gözlənilir ki, bu da mənzil bazarına xüsusi fəallıq gətirəcək. Həmin hadisədən sonra bazarda yenidən qiymət artımın şahidi olacağıq”.
“2023-cü ilin yanvar-aprel aylarında daha çox bostan bitkilərinin əkin sahələrində azalma olub. Bu ilki göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8% azalma deməkdir. Əslində, bu göstərici çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Məlum olduğu kimi, mayın 17-si “Günay Bank” ASC-nin lisenziyası ləğv edildi. Bankın bağlanmasına əsas səbəblərdən biri məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən azlığı, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi əsas göstərilib.
Günya Bank"ın məcmu kapitalla bağlı probleminin olub-olmaması özü mübahisəli məsələdir. Ona görə ki, Azərbaycan Mərkəzi Bankı ötən il orada yoxlama aparıb və indiyə qədər həmin yoxlamanın nəticəsini banka təqdim etməyib".
May ayı ərzində təbiət hadisələrinin - leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil.
“Bu gün kənd yerlərində insanlar heyvandarlıqla məşğul ola bilmir. Çünki örüş sahələri çox azdır. Bəzi bölgələrdə demək olar ki, yox səviyyəsindədir. Heyvandarlıq üçün gərəkli olan örüş yerlərində pambıq sahələri salınıb. Pambıqçılıq da lazımlı sahədir. O da olmalıdır. Lakin bir sahəni dirçəltmək üçün başqa bir sahəni məhv etmək olmaz. Mal-qara, ətlik heyvanların sayının azalması, ətin qiymətinin qalxmasına gətirib çıxarır. Qıtlıq olanda bahalaşma olur. Bu nəzərə alınmalıdır. Böyük ehtimal ki, payıza doğru mal və qoyun ətinin qiyməti qalxacaq”.
Xəbər verdiyimiz kimi, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad ediləcək. Nazirlər Kabinetinin müvafiq qərarı 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.