Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının mövcud və yarana biləcək təhlükələrdən qorunması məqsədilə informasiya təhlükəsizliyi üzrə audit və monitorinqlərini davam etdirir.
Cia.az Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən “Kibergigiyena layihəsi”nə, “informasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, birinci rüb ərzində bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevriliblər.
Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı və Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayevə qarşı dəlduzluq edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə bağlı paylaşım edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında geniş yer verilib
Xəbər verdiyimiz kimi, ötən gün Moskvada keçirilən Ali Avrasiya İttifaqı Şurasının toplantısında Ermənistan Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin çıxışına gözlənilmədən şərh verməyə çalışması Ermənistan liderini bir daha pis vəziyyətə salmışdı.