banner
banner

Sİyasət

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Cia.az xəbər verir ki, Sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

"Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident Moldovaya getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib.

Sabah Moldovada sülh danışıqları aparılacaq

Cia.az “Anadolu agentliyi”nə istinadla xəbər verir ki, sabahdan etibarən Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa Siyasi Birliyinin ikinci sammiti işə başlayacaq. Sammitdə Türkiyə və Azərbaycan prezidentləri də daxil olmaqla, 47 Avropa ölkəsinin liderləri iştirak edəcəklər. Rusiya ilə Belarus sammitə dəvət edilməyiblər.

Prezident Cefri Pyattı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edib.

Ərdoğandan Sinan Oğana böyük jest: Onun üçün yeni nazirlik yaradır

Türkiyədə prezident və parlament seçkilərinin hakim AK Partiyasının və onun lideri Rəcəb Tayyip Ərdoğanın əzici üstünlüyü ilə başa çatması qardaş ölkədə yeni siyasi şərait yaradıb. Təkcə seçkidən məğlub ayrılan müxalif düşərgədə deyil, iqtidar cəbhəsində də ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.

Bayden Ərdoğana zəng etdi

ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edərək onu II tur prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik edib.