banner
banner

Sosİal

Maaşa əlavələri necə almaq olar? - AÇIQLAMA

Maaşa əlavələri necə almaq olar? - AÇIQLAMA

"Konstitusiya Məhkəməsi fərdi əmək mübahisəsi zamanı işçiyə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edəndən sonra belə ödənişləri necə alınması ilə bağlı suallara cavab olaraq bildirim ki, bu, fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Qərara əsasən, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir".

Cia.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov dəyib. Onun sözlərinə görə, əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər:

"İşçilərin bu hüquqlarının qorunması üçün vahid əmək müqavilələrinin hazırlanması və tətbiq olunması vacibdir. Həmin müqavilələrində işçinin öhdəliyi ilə yanaşı, işəgötürənin əmək haqqını yubatması ilə bağlı tələblərin müəyyənləşməsinə və gecikdirilmiş hər günə görə bir faizinin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var. Bu bir tərəfədən işçinin öz hüquqlarını bilməsi baxımdan vacibdir, digər tərəfdən isə əmək mübahisəsi yaranan zaman ödənişin alınmasına imkan verə bilər.

Bu halda işəgötürənin öhdəliyi bu konteksdən rəsmiləşir və işəgötürən əmək müqaviləsində həmin öhdəliyi götürməklə belə hallar baş verdiyi təqdirdə işçiyə əlavə vəsaitin ödənilməsini təmin edir. Belə müqavilələr ilə işçilərin konstitutsional hüquqlarını tam qorumaq mümkün olar. Bu əməkhaqqının gecikməsi zamanın işçilərin maaşlarına daha qısa müddətdə əlavlərin ödənilməsinə gətirib çıxara bilər", - deyə deputat vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev: Bu gün bizim yeni vəzifələrimiz var

Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.

Nikaha dair prosedurlar dəyişdi

Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Müavinət və təqaüd alanların NƏZƏRİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Həftəsonu hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 27-28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.