Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır.
Cia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib.
"Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza sülh gətirəcək, uzunmüddətli sülh gətirəcək. Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi, 1 milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü, ərazilərimizin təxminən 20 faizi işğal altında idi və işğal edilmiş ərazilərdə demək olar bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır. Çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir", - dövlət başçısı qeyd edib. (report)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib.
Cia.az “Anadolu agentliyi”nə istinadla xəbər verir ki, sabahdan etibarən Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa Siyasi Birliyinin ikinci sammiti işə başlayacaq. Sammitdə Türkiyə və Azərbaycan prezidentləri də daxil olmaqla, 47 Avropa ölkəsinin liderləri iştirak edəcəklər. Rusiya ilə Belarus sammitə dəvət edilməyiblər.
Türkiyədə prezident və parlament seçkilərinin hakim AK Partiyasının və onun lideri Rəcəb Tayyip Ərdoğanın əzici üstünlüyü ilə başa çatması qardaş ölkədə yeni siyasi şərait yaradıb. Təkcə seçkidən məğlub ayrılan müxalif düşərgədə deyil, iqtidar cəbhəsində də ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.
Cia.az Almaniyanın “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, Almaniyanın Baş naziri Olaf Şolts Türkiyə Prezidenti R.T.Ərdoğanla telefonla danışıb, onu yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Berlinə rəsm
“Az əvvəl Azərbaycan Prezidenti qardaşım İlham Əliyev, Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev zəng ediblər. Onlar da bizimlə bu sevincimizi bölüşürlər”.