Qalmaqallı generalın yerinə Azər Məmmədov təyin edildi - FOTO
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis müavini təyin edilib.
Cia.AZ bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, polkovnik Azər Məmmədov müvafiq əmrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini təyin olunub.
O, bu təyinata qədər hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, hazırda xidmətin rəisi polkovnik Mürsəl İbrahimovdur. Onun 1-ci müavini general-leytenant Zaur Abdullayev isə ötən həftə vəzifəsindən kənarlaşdırılıb. Bundan əlavə Zaur Abdullayev qalmaqallı general kimi yadda qalıb. Onun 10 ilə ərzində baş leytenant rütbəsindən general rütbəsinə yüksəlməsi bir sıra müzakirələr yaratmışdı.
Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı və Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayevə qarşı dəlduzluq edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə bağlı paylaşım edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında geniş yer verilib
Xəbər verdiyimiz kimi, ötən gün Moskvada keçirilən Ali Avrasiya İttifaqı Şurasının toplantısında Ermənistan Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin çıxışına gözlənilmədən şərh verməyə çalışması Ermənistan liderini bir daha pis vəziyyətə salmışdı.