banner
banner

Sİyasət

İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 861-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli və “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” 2021-ci il 17 aprel tarixli 1315 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 5 iyul tarixli 1738 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Hurriyyet.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20-2.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, kritik informasiya infrastrukturu obyektlərinin siyahısını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 861-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 390, 2017, № 3, maddə 373; 2018, № 10, maddə 1984; 2021, № 12, maddə 1432; 2022, № 7, maddə 727) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:2.1. 2.1-ci bənddə “, 20-2.2-ci maddələrində” sözləri “maddəsində, 20-2.2-ci maddəsinin birinci cümləsində” sözləri ilə, “, 20-6.5-ci və 20-6.8-ci” sözləri “və 20-6.5-ci” sözləri ilə əvəz edilsin;

2.2. 2.1-1-ci bənddə “, 20-2.2-ci maddələrində” sözləri “maddəsində, 20-2.2-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;

2.3. 2.2-1-ci bənddən “və 20-6.8-ci maddəsində” sözləri çıxarılsın.

3. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli və “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” 2021-ci il 17 aprel tarixli 1315 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 iyul tarixli 1738 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 727) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.2-ci bənd və 3-cü hissə ləğv edilsin;

3.2. 2-ci hissədə “provayderinin işçi heyəti, texnoloji resursları və” sözləri “provayderinə, onun işçi heyətinə, texnoloji resurslarına və fəaliyyət” sözləri ilə əvəz edilsin.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident Moldovaya getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib.

Sabah Moldovada sülh danışıqları aparılacaq

Cia.az “Anadolu agentliyi”nə istinadla xəbər verir ki, sabahdan etibarən Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa Siyasi Birliyinin ikinci sammiti işə başlayacaq. Sammitdə Türkiyə və Azərbaycan prezidentləri də daxil olmaqla, 47 Avropa ölkəsinin liderləri iştirak edəcəklər. Rusiya ilə Belarus sammitə dəvət edilməyiblər.

Prezident Cefri Pyattı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edib.

Ərdoğandan Sinan Oğana böyük jest: Onun üçün yeni nazirlik yaradır

Türkiyədə prezident və parlament seçkilərinin hakim AK Partiyasının və onun lideri Rəcəb Tayyip Ərdoğanın əzici üstünlüyü ilə başa çatması qardaş ölkədə yeni siyasi şərait yaradıb. Təkcə seçkidən məğlub ayrılan müxalif düşərgədə deyil, iqtidar cəbhəsində də ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.

Bayden Ərdoğana zəng etdi

ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edərək onu II tur prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik edib.