banner
banner

Sosİal

Bu sürücülərin DİQQƏTİNƏ - 40 manat cərimə oluna bilərsiniz

Bu sürücülərin DİQQƏTİNƏ - 40 manat cərimə oluna bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) moped və motosiklet idarə edən sürücülərə xəbərdarlıq edib.

Musavat.com-un xəbərinə görə, İdarənin rəsmisi polis mayoru Araz Əsgərli bildirib ki, yaz mövsümü ilə əlaqədar havanın isti keçməsi bəzi moped və motosiklet idarə edən şəxslərin təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşmaqla xüsusən də motodəbilqədən müxtəlif bəhanələrlə istifadə etmədən idarəetmə halları çoxalıb:

“Əvvəla onu qeyd etməliyik ki, motodəbilqədən istifadə etməmək inzibati məsuliyyət formalaşdırmaqla yanaşı yol nəqliyyat hadisəsi zamanı təhlükəsizliyin təmin olunması riskini artırır. Bu da ən ağır yol nəqliyyat hadisələrində geri dönüşü olmayan faciələrə yol açır. Bütün moped və motosiklet idarə edən sürücülərə, eləcə də onların sərnişinlərinə nəzərdə tutulan qaydalara ciddi riayət etməyi, özlərinin və sərnişinlərinin həyat və sağlamlığına biganə qalmamağı xahiş edirik”.

“Motodəbilqədən istifadə etməyən sürücüləri İnzibati Xətalar Məcəlləsinin 329.2-ci və 338.4.4-cü maddələrinə əsasən, 40 manat, sərnişinləri isə 338.3-cü maddəyə əsasən, 30 manat məbləğində cərimə olunmaqla məsuliyyətə cəlb edilməsi qanunla nəzərdə tutulur. Gündəlik həyat tərzimizdə hərəkət iştirakçısı kimi təhlükəsizlik mədəniyyətinin ən yüksək səviyyədə təbliğatının məhz məsuliyyətli davranış sərgiləməklə ətrafdakı insanlara nümunə olduğunu unutmamağı bir daha hər bir şəxsdən xahiş edirik!”, - DYP rərmisi vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev: Bu gün bizim yeni vəzifələrimiz var

Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.

Nikaha dair prosedurlar dəyişdi

Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Müavinət və təqaüd alanların NƏZƏRİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Həftəsonu hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 27-28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.