Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin sayı azaldılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin sayı azaldılıb.
Cia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin dəyişiklik etdiyi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda öz əksini tapıb.
Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin say həddi 110-dan 107 ştat vahidinə, regional bölmələrinin işçilərinin say həddi 260-dan 257 ştat vahidinə endirilib.
Qeyd edək ki, indiyədək Xidmətin Aparatının işçilərinin sayı Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə 110 ştat vahidi olub.
Dövlət başçısının bu gün imzaladığı fərmanla Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılacaq.
Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı və Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayevə qarşı dəlduzluq edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə bağlı paylaşım edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında geniş yer verilib
Xəbər verdiyimiz kimi, ötən gün Moskvada keçirilən Ali Avrasiya İttifaqı Şurasının toplantısında Ermənistan Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin çıxışına gözlənilmədən şərh verməyə çalışması Ermənistan liderini bir daha pis vəziyyətə salmışdı.