14 maydan əvvəl terrorçubaşılar Qəndildən bir video çəkərək, CHP sədri Kamal Kılıçdaroğlu üçün səs istədilər. Seçki sonrası da dəstəklərini davam etdirdilər.
Cia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Nə edirlərsə etsinlər, iqtidara gəlmək üçün, kreslolarını qorumaq üçün terrorçular və FETÖ-çülərlə müttəfiqliklərini gizlədə bilməzlər”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu 28 mayda keçiriləcək. İkinci turda Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan və "Altılı masa"nın namizədi, CHP sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib.
Cia.az “Anadolu agentliyi”nə istinadla xəbər verir ki, sabahdan etibarən Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa Siyasi Birliyinin ikinci sammiti işə başlayacaq. Sammitdə Türkiyə və Azərbaycan prezidentləri də daxil olmaqla, 47 Avropa ölkəsinin liderləri iştirak edəcəklər. Rusiya ilə Belarus sammitə dəvət edilməyiblər.
Türkiyədə prezident və parlament seçkilərinin hakim AK Partiyasının və onun lideri Rəcəb Tayyip Ərdoğanın əzici üstünlüyü ilə başa çatması qardaş ölkədə yeni siyasi şərait yaradıb. Təkcə seçkidən məğlub ayrılan müxalif düşərgədə deyil, iqtidar cəbhəsində də ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.
Cia.az Almaniyanın “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, Almaniyanın Baş naziri Olaf Şolts Türkiyə Prezidenti R.T.Ərdoğanla telefonla danışıb, onu yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Berlinə rəsm
“Az əvvəl Azərbaycan Prezidenti qardaşım İlham Əliyev, Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev zəng ediblər. Onlar da bizimlə bu sevincimizi bölüşürlər”.