İŞİD üzvü olan məşhur azərbaycanlı Türkiyədə həbs olundu
Türkiyədə İŞİD üzvlərinə qarşı mübarizə davam edir.
Cia.az “Sözcü”yə istinadla xəbər verir ki, İstanbul polisinin Terrorla Mübarizə Şöbəsinin (TEM) əməkdaşları ötən gün 12 İŞİD üzvünü həbs edib.
Bildirilir ki, əməliyyat İŞİD-in tərkibində təşkil edilən “Təqva Qrupu”na qarşı həyata keçirilib. TEM-in məlumatına görə, ötən gün İstanbul, Konya və Antalyada şübhəlilərə qarşı əməliyyat keçirilib və eyni vaxtda aparılan axtarışlarda şübhəlilərin hamısı saxlanılıb. Axtarışlar zamanı 73 güllənin maddi sübut olaraq götürüldüyü də bildirilib.
Məlumata görə, ötəngünkü axtarışlarda polis əməkdaşları terror təşkilatının sözdə logistikaya nəzarət və sosial strukturlaşma təmsilçisini də yaxalayıb. Məlum olub ki, Azərbaycan əsilli Əbdürrəhman Mehdiyevin rəhbərlik etdiyi struktur dəfələrlə Suriyaya gedib və İŞİD-ə qoşulanların yaxınlarına yardım edib. Eyni zamanda onun “Təqva qrupu”nun sözdə Azərbaycan təmsilçisi olduğu da diqqətə çatdırılıb.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Mayın 23-nə keçən gecə Bakının Xətai rayonu ərazisində hotelin qarşısında insident törədən cinsi azlıq nümayəndələri (transseksuallar) barəsində cinayət işi başlanılıb.
May ayının 24-də saat 11:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Zevin kənd sakinləri - Şamo Faiq oğlu Şirbəyov və İlyas Rahib oğlu Şirbəyli tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevə hökm oxunub və o, 3 il 6 ay müddətinə müddətinə azadlıqdan məhrum edilib.
Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.
Bakı Ağır Cinayətlər Mərkəzində Şağan Olimpiya İdman kompleksində yeniyetmə cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.