Aysunun keçmiş əri Eşqinin nə səbəbə həbs olunduğu bilindi - YENİLƏNİB/TƏFƏRRÜAT
Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov dünən Bakıda gözəllik salonunda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə Nəsimi rayonu ərazisindəki gözəllik salonunda baş verib. Eşqin Cəlilov inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
***10:54
Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs olunub.
Cia.az OLAY-a istinadən xəbər verir ki, Cəlilov inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Aysunla Eşqin ötən ilin avqustunda ilə qurub. Onlar bir müddət əvvəl 8 aylıq evliliklərini sonlandırdığını açıqlayıb.
“Softline Azərbaycan” şirkətində direktor vəzifəsində çalışan Ziya Hüseynzadə sevgilisi tanınmış aparıcı, model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Razi Əliyevaya şiddət tətbiq edib, onu şantaj edib.
Müğənnilərin toy qiymətləri hər zaman aktual mövzulardan biri olub. Lakin ölkədə baş verən müəyyən valyuta və qiymət dəyişiklikləri az da olsa, ulduzların qiymətlərinə təsir edib.