banner
banner

Sİyasət

Bakı və İrəvanla bağlı Putin zəng edib dedi ki...

Bakı və İrəvanla bağlı Putin zəng edib dedi ki...

Bizim gündəmimizdə Azərbaycan və Ermənistan məsələsi var idi. Bu, çox çətin idi. Hətta Putin mənə zəng edib, bunun inanılmaz olduğunu dedi.

Cia.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Malayziyaya gedərkən təyyarədə jurnalistlərə deyib.

“Çünki bu problemi həll etməyə çalışan hər kəs uğursuz olmuşdu. Amma mən bu problemi həll etdim. Başqa məsələlər də var idi. Pakistan və Hindistanı da nümunə göstərə bilərsiniz. İndiyə qədər bağladığım bütün sazişlərin Rusiya-Ukrayna müharibəsindən daha çətin olduğunu düşünürdüm, amma yanılmışam. Tərəflər (Rusiya və Ukrayna - red.) arasında çox dərin nifrət var”, - deyə Tramp əlavə edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev İrəvana gedəcək?

Məlum olduğu kimi, bir neçə gün əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün İrəvana dəvət olunduqlarını açıqlayıb.

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Rusiya prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə zəngində “niyə indi sualı” xüsusilə diqqət çəkir. Rusiya tərəfinin Düşənbə görüşündən sonra yüksək səviyyədə təmasları bərpa etmək niyyəti aydındır, lakin bu zəngin indi edilməsi Moskvanın məqsədinə dair müəyyən təxminlər yaradır.