banner
banner

Gündəm

Hüseyn Abdullayev gələn ilin əvvəlində hakim qarşısına çıxarılacaq

Hüseyn Abdullayev gələn ilin əvvəlində hakim qarşısına çıxarılacaq

Bu ilin əvvəlində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayevlə bağlı istintaq araşdırmaları davam edir. Sabiq deputatın cinayət işi üzrə materialların gələn ilin əvvəlində məhkəməyə göndəriləcəyi haqda məlumatlar yayılıb. Bildirilir ki, istintaq ilin sonuna qədər yekunlaşacaq və gəlin ilin əvvəlində Hüseyn Abdullayev hakim qarşısına çıxarılacaq. Bu arada Hüseyn Abdullayevlə Azərbaycanda vəzifədə olan məmur və deputatlarla bağlı araşdırılma aparılması haqda da xəbərlər yayılıb. Bildirilir ki, Hüseyn Abdullayevlə bəzi deputatların, onların övladlarının əlaqələri haqda da dolaşan məlumatlar araşdırma predmetidir, deputatların, məmurların qeyri-rəsmi sorğulanması xəbərləri də var. Hüseyn Abdullayev həbs ediləndən sonra belə xəbərlər yayılmışdı ki, o, Azərbaycandan mühacirət edəndən sonra ən müxtəlif adlarla yanına gedib-gələn vəzifə sahibləri, onların yaxınları, hətta övladları olub...

Hüseyn Abdullayev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun vəkili Ruhid Əkbərov “Yeni Müsavat”a açıqlamasında demişdi ki, müvəkkilinin şikayəti yoxdur. Sabiq deputatın qanunvericiliyə uyğun olaraq bütün hüquqları qorunur, vəkili Hüseyn Abdullayevlə mütəmadi olaraq görüşür.

Hüseyn Abdullayev Azərbaycanda bundan əvvəl də həbsdə olmuşdu. Deputat Fəzail Ağamalı ilə parlamentdə əlbəyaxa davasına görə tutulan Hüseyn Abdullayev bir müddət cəza çəkdikdən sonra azadlığa buraxılmışdı. Hazırda gerçəkləşdirilən istintaq çərçivəsində həmin vaxt baş verənlərin daha detallı şəkildə araşdırılması xəbəri var. Mümkündür ki, o dövrdə parlamentdə Hüseyn Abdullayevi müdafiə etmiş deputatlar da məhşər ayağına çəkilsinlər. 

Qeyd edək ki, Hüseyn Abdullayev aprelin 22-də Türkiyədə yaxalanaraq Azərbaycana gətirilib. Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri onun həbsi ilə bağlı birgə məlumat yayıb. Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. 3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevin ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılmışdır.  Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb

Cia.az xəbər verir ki, Gürcüstanı çalxalayan, ölkədə günlərlə etiraz və dəstək nümayişlərinin keçirilməsi ilə gündəmdə qalan "Xarici təsirin şəffaflığı" adlı qanun layihəsinin növbəti oxunuşundan əvvəl parlamentdə hakim partiya ilə müxalifəti təmsil edən deputatlar arasında əlbəyaxa dava baş verib.

"Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ

"Bir akademik titullu şəxs rüşvət və ya dövlət büdcəsini mənimsəmə yolu ilə varlanıbsa, bilin ki, o, qatil, alçaq, vicdansız, antimilli, satqın və xain olmaqla yanaşı dövlət və millət üçün xarici düşməndən 3 dəfə çox təhlükəlidir. Ölkədə nə qədər uşaq qidasızlıqdan həlak olur, insanlar gənc ikən xəstələnib ehtiyac üzündən dünyasını dəyişirlər". Dia-az.info bildirir verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov son olaraq AMEA-da yaşanan eybəcərliklərə etiraz olaraq qeyd edib İdris Abbasov

Tbilisidə “xarici agentlər” qanununa qarşı növbəti etiraz aksiyası başlayıb

Gürcüstanın bir neçə müxalifət partiyası və 100-dən çox qeyri-hökumət təşkilatının (QHT) nümayəndələri Tbilisidə “xarici agentlər” haqqında qanunun qəbuluna qarşı etiraz aksiyası keçirirlər. Hurriyyet.az xəbər verir ki, Tbilisinin mərkəzindəki Birinci Respublika Meydanına bir neçə min vətəndaş, eləcə də müxalifət liderləri və QHT-lər toplaşıb. Onlar Rustaveli prospekti ilə parlament binasına qədər yürüş etməyi planlaşdırırlar. Meydanda mitinq təşkilatçılarının toplaşanlara müraciət edəcəyi səhnə quraşdırılıb. yeniavaz.com