BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri Ramil Usubovun sədrliyi ilə bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən danışan rektor Elçin Babayev uzun müddətdir ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Yekun Dövlət Attestasiya Komissiyasına sədrlik edən Ramil Usubova təşəkkür edib və yeni təyinatı münasibətilə BDU kollektivinin təbriklərini çatdırıb.
Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Hüquq fakültəsinin professor-müəllim heyətini salamlayıb və yetişdirdikləri yüksəkixtisaslı kadrlara görə təşəkkür edib. Bildirib ki, Yekun Dövlət Attestasiya Komissiyasının sədri olduğu bu illər ərzində onlarla əlaçı tələbə daxili işlər orqanlarında müvafiq işlərlə təmin edilib.
Müdafiədə Cinayət hüququ, Cinayət prosesi, İnsan hüquqları, Dövlət və hüquq nəzəriyyəsi və tarixi, Mülki hüquq, Mülki proses və kommersiya hüququ, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedraları üzrə yerinə yetirilmiş işlər təqdim olunub. Ümumilikdə 30 nəfər bakalavr müdafiə edib, onlardan 26 nəfər “əla”, 4 nəfər isə “çox yaxşı” qiymətlərinə layiq görülüblər.
Təhlükəsizlik Şurasının katibi Ramil Usubov müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib, bakalavrların hazırlığından məmnunluq ifadə edib.
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
İyulun 16-da paytaxtın və Lənkəranın bir sıra ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.