İranın Rusiyaya ballistik raketlər təhvil verməsi G7 ölkələrinin sürətli və koordinasiyalı cavabına səbəb olacaq.
Cia.az xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunub.
“İranı Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstəyi dayandırmağa çağırırıq. Tehranın ballistik raket və ya əlaqəli texnologiyaları Rusiyaya ötürmək üçün istənilən addımı İrana qarşı yeni, sərt tədbirlərin görülməsini əhatə edən sürətli və koordinasiyalı reaksiyamıza səbəb olacaq”, - bəyanatda bildirilib./axar.az/
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.