banner
banner

Gündəm

“Azərbaycan ordusu atəş açmayıb” - Ermənistan Müdafiə Nazirliyi təkzib edir

“Azərbaycan ordusu atəş açmayıb” - Ermənistan Müdafiə Nazirliyi təkzib edir

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına dair razılşamanı Ermənistanda vəziyyəti qarışdırmaq üçün istifadə etməyə çalışan millətçi və rusiyapərəst müxalif qüvvələr yeni təxribatlara əl atırlar. 

Belə ki, son günlər guya Azərbaycan ordusunun sözügedən kəndlər istiqamətində erməni mövqelərinə atəş açdığı barədə dezinformasiyalar yayılır.

Cia.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi həmin məlumatları təkzib edən açıqalma ilə çıxış edib: 

“Bəzi mənşəyi məlum olmayan sosial şəbəkə istifadəçiləri Azərbaycan Silahlı Qüvvələrinin Tavuş istiqamətində Ermənistan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması barədə məlumat yayıblar. Yayılan məlumatlar yalan və həqiqətə uyğun deyil”.

Ermənistan Müdafiə Nazirliyi erməni ictimaiyyətini yalnız nazirliyin rəsmi məlumatlarına inanmağa çağırıb.

azpolitika.info



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Polis polkovnikindən ŞOK İDDİA: “Ağ çiçəyim” qəsdən yandırılıb!

Dünən gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" gül mağazasında güclü yanğın baş verib. Hadisə barədə rəsmi versiya elektrik xətlərində nasazlıq olsa da, bir sıra başqa iddialar da səsləndirilir. Yanğının qəsdən törədildiyini bildirənlər də var. Bəs bu ehtimal nə dərəcədə doğrudur?

“Ramiz Mehdiyevin kürəkəni özünü qanunlardan üstün bilir”

Mayın 15-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə şabranlı sahibkar Mansur İbrahimovun iddiası üzrə məhkəmə prosesi davam etdirilməli idi. Lakin cavabdeh, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin vəkili qəfil xəstələnib və prosesin keçirilməsi növbəti dəfə əngəllənib.

Nazir onu vəzifəsindən azad etdi

Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov vəzifəsindən azad edilib.