Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarları müvəqqəti bağlanır.
“Cia.az” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb.
Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır.Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq. Tədbirlər başa çatdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq.
Bu prosesdə yerli icra hakimiyyətləri və polis orqanları da nəzarəti təmin edəcəklər.
Qeyd edək ki, bir müddətdir ölkənin müxtəlif bölgələrində mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur.
Azərbaycanda məmurlar öz sələflərinin fəaliyyətini danırlar. Bu inkarçılıq yazılan kitablarda, tədbirlərdə özünü açıq şəkildə büruzə verir. "Azərbaycan gömrüyü, dünən, bu gün, sabah" adlı bir kitab əlimə keçib. Kitabı vərəqlədikcə adamı təəccüb bürüyür.
Həftəsonu paytaxt və digər şəhər, rayon sakinlərinin bölgələrə səfərlərinin artması avtomobil yollarında nəqliyyat axınının intensivliyini yüksəldir. Bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində təhlükəsizliyin təmin olunması məqsədilə nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.
Bakı şəhər sakini Quliyev Nurlan Fitatxan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Hərbi prokuror, ədliyyə general-mayoru Əhmədov Bəhruz Vidadi oğluna müraciət edir:
21-22 oktyabr tarixlərində İrəvanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin görüş keçirdiyi açıqlanıb. Hətta ötən gün Azərbaycan nümayəndələrinin olduğu təyyarənin İrəvana eniş etdiyinə dair xəbər erməni ictimaiyyətində maraq doğurdu.