DYP-dən sürücülərə xəbərdarlıq - Tədbirlər gücləndirildi
Həftəsonu paytaxt və digər şəhər, rayon sakinlərinin bölgələrə səfərlərinin artması avtomobil yollarında nəqliyyat axınının intensivliyini yüksəldir. Bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində təhlükəsizliyin təmin olunması məqsədilə nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.
Cia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə xəbərdarlığında bildirilib.
“Müşahidələr göstərir ki, bəzi hallarda sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət olunmaması, tələskənlik, diqqətsizlik və məsuliyyətsiz davranışlar ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək, mənzil başına təhlükəsiz çatmaq üçün nəqliyyat vasitələrinin texniki sazlığını öncədən yoxlamağı, nasaz avtomobillərlə yola çıxmamağı, sürət həddinə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, həmçinin yol və hava şəraitini nəzərə almağı tövsiyə edir. Eyni zamanda, uzun məsafəli səfərlərdə fasilələrlə hərəkət etmək, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməmək, diqqəti yayındıran hərəkətlərdən çəkinmək mühüm əhəmiyyət kəsb edir. Unutmayaq ki, yol hərəkəti zamanı intizam və məsuliyyət — təhlükəsizliyin əsas təminatıdır”, - məlumatda qeyd edilib.
Azərbaycanda məmurlar öz sələflərinin fəaliyyətini danırlar. Bu inkarçılıq yazılan kitablarda, tədbirlərdə özünü açıq şəkildə büruzə verir. "Azərbaycan gömrüyü, dünən, bu gün, sabah" adlı bir kitab əlimə keçib. Kitabı vərəqlədikcə adamı təəccüb bürüyür.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.
Bakı şəhər sakini Quliyev Nurlan Fitatxan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Hərbi prokuror, ədliyyə general-mayoru Əhmədov Bəhruz Vidadi oğluna müraciət edir:
21-22 oktyabr tarixlərində İrəvanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin görüş keçirdiyi açıqlanıb. Hətta ötən gün Azərbaycan nümayəndələrinin olduğu təyyarənin İrəvana eniş etdiyinə dair xəbər erməni ictimaiyyətində maraq doğurdu.