"Bəzi ölkələrdə buraxılmış səhvləri biz də təkrar etsək, bir müddət sonra heyvandarlıqda çox ağır vəziyyət yaranacaq".
Bu fikirləri deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsində deyib.
O xatırladıb ki, bu gün yayılan məlumata görə, heyvanlar, yun, barama və s. uçota alınacaq:
"Hesab edirəm ki, ətin qiyməti orta statistik azərbaycanlının alıcılıq qabiliyyətinə uyğun gəlməyən dərəcədə qalxacaq. Bizdə çörəklə ət çox əhəmiyyət kəsb edir, haradasa araq da əhəmiyyət kəsb edir. Amma bizdə çörəklə ət mühümdür. Ona görə də, çörək və ətin qiymətinin qalxması başqa məhsulların bahalaşmasına gətirib çıxaracaq. Bu baxımdan, xeyli ehtiyatlı olmaq, bəzi ölkələrin təcrübəsini öyrənmək lazımdır".
Nağdsız ödənişlərin genişlənməsinə baxmayaraq, bəzi obyektlərdə vətəndaşların kartla ödəniş etmək istəyi qəbul edilmir və onlardan yalnız nağd pul tələb olunur. Halbuki qanunvericilik POS-terminal quraşdırılması məcburi olan obyektlər üçün müvafiq tələblər müəyyənləşdirir.
“Bu ilin doqquz ayında Azərbaycanda kartdan-karta (“card-to-card”) köçürmələrin həcmi 48 milyard manat təşkil edib. Ötən il isə bu əməliyyatların ümumi həcmi 66 milyard manat olub”.