banner
banner

Sİyasət

Baş nazirdən YENİ QƏRAR– Azərbaycanda ilk dəfə ödənişli yollar olacaq

Baş nazirdən YENİ QƏRAR–

Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nı təsdiq edib.

Musavat.com xəbər verir ki, forma "Avtomobil yolları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 17 noyabr tarixli 866-VQD nömrəli Qanununun tətbiqi və "Avtomobil yolları haqqında” Qanunun tətbiq edilməsi barədə” prezidentin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” prezidentin 2017-ci il 11 dekabr tarixli 1719 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul olunub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezidentdən demarkasiya ilə bağlı mühüm açıqlama

Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər.

Bu, çox mühüm beynəlxalq platformadır - Prezident

VI Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən artıq ölkənin nümayəndəsi iştirak edir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur.

Prezident BƏƏ naziri ilə görüşdü FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü başlayıb.

Şots: "İndi sülh fürsəti çox yaxındır"

Cia.az xəbər verir ki, Almaniyanın Baş naziri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə keçirdiyi mətbuat konfransında Bakı ilə İrəvna arasındakı münaqişənin həllinin həmişəkindən daha yaxın olduğunu söyləyib. O, münaqişənin sülh yolu ilə həll edilməli olduğunu bildirib. Şolts deyib: "Əlbəttə ki, biz ilk növbədə Ermənistanla Azərbaycan arasındakı münaqişəni müzakirə elədik.

İlham Əliyevin Şoltsla görüşü BAŞLADI

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb.

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezident İlham Əliyevin Almaniyaya gözlənilən səfərinin Füzuli-Berlin marşrutu üzrə başlanması - azad olunmuş ərazilərdən qlobal siyasətə ilk çıxış təkcə bu unudulmaz anı tarix səhifəsinə yazmaq məqsədi daşımırdı, həm də siyasi hesablamanın tərkib hissəsidir. Və məsələ heç də Əliyevin Japarovla birlikdə Qarabağda olduğu üçün zaman trafikindən qaynaqlanmır. Füzulidən Berlinə uçan Prezidentin portfelində Azərbaycana dividentlər gətirəcək məsələlər var.