banner
banner

İqtİsadİyyat

Azərbaycanın iki bağlanmış bankının əmlakı hərraca çıxarılacaq

Yanvarın 12-də, saat 11:00-da "Bakı Hərrac Mərkəzi" MMC-də (Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 2C, məhəllə 593 ünvanında) ləğv prosesində olan "Royal Bank" ASC-nin avadanlıq və əşyalarının, yanvarın 19-da, saat 11:00-da isə "Bank Standard" QSC-nin Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 18A, 211-ci məhəllə ünvanında yerləşən daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.

Azərbaycan nefti neçəyə satılır?

Azərbaycan nefti bir qədər də bahalaşıb. Cia.az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,73 ABŞ dolları və ya 2,1 faiz artıb.

Azərbaycan nefti bahalaşdı: 84 dolları ötdü

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 5-də 84,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,73 dollar/barel çoxdur.

Türkmənistan qazının Naxçıvana nəqlinə başlanılıb

Azərbaycan ilə Türkmənistan arasında imzalanmış müqaviləyə əsasən, ölkəmizə nəql olunması nəzərdə tutulan qazın artıq ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunmasına başlanılıb. Cia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.O bildirib ki, ilin əvvəlindən bu müqaviləyə əsasən, ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq Azərbaycana təhvil verilir və Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunur.

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,94 ABŞ dolları, yaxud 2,41 % artıb.

Avropada təbii qazın qiyməti artıb

Avropa bazarlarında təbii qazın qiyməti 16 faiz artıb. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, Avropanın dərinliyi ilə seçilən Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsində əməliyyat edilən təbii qaz fyuçers müqavilələrində 1000 kubmetr təbii qazın qiyməti yenidən 94 avroya çatıb.