Azərbaycanda axtarışda olan cinayətkarların 47-si uşaq olub
Azərbaycanda axtarışda olan cinayətkarların sayı artıb.
Trend-in məlumatına görə, 2010-cu ildə Azərbaycanda 3663, 2015-ci ildə 3932, 2016-cı ildə 4463, 2017-ci ildə 5038 cinayətkar axtarışda olub.
Axtarışda olan cinayətkarların 47-si 14-17 yaşlı uşaqlar olub.
Ötən il axtarışda olanların 1603-ü dələduzluq, 718-si oğurluq, 147-si hərbi xidmət əleyhinə (onlardan 62-si fərarilik), 34-ü dövlət əleyhinə, 42-si banditizm, 103-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd və s. ilə bağlı cinayət törədib.
Ötən il ərzində 914 nəfər itkin düşüb ki, onların 105-i 18 yaşadək uşaq olub. İtkin düşmüş uşaqların sayı ötən illərlə müqayisədə azalıb.
2016-cı ildə Azərbaycanda 129, 2015-ci ildə 116, 2010-cu ildə 137 uşaq itkin düşüb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.