banner
banner

Sosİal

Tovuzda 110 hektar sahədə zərərvericilər aşkarlanıb

Tovuzda 110 hektar sahədə zərərvericilər aşkarlanıb

Tovuz rayonu ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərvericilərə və xəstəliklərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən Trend-ə verilən məlumata görə, Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən rayon ərazisində zərərvericilərə qarşı 317 hektar sahədə fitosanitar müşahidələr həyata keçirilib və 92 hektar sahənin Tut qalxanlı yastıcası,18 hektar sahənin isə Yaponiya yalançı qalxanlı mumlu yastıcası ilə sirayətləndiyi müəyyən edilib.

Tovuz rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat sahibləri tərəfindən Tut qalxanlı yastıcasına qarşı 3 hektar sahədə, Yaponiya yalançı qalxanlı mumlu yastıcasına qarşı isə 6 hektar sahədə kimyəvi mübarizə aparılıb. Mübarizə tədbirlərində Siperpol (1,0-1l/ha), Desis (0.5-1l/ha) və Bi-58 (1-2.5l/ha) kimyəvi prepararlarından istifadə edilib.

 

Tut qalxanlı yastıcasına qarşı kimyəvi və aqrotexniki mübarizə tədbirlərinin aparılması tövsiyə edilir. Aqrotexniki mübarizə zamanı zərərverici aşkar edilmiş ağacların qabıqlarını payızda və yazın əvvəllərində dəmir fırça ilə təmizləmək lazımdır. Kütləvi halda sirayətlənmiş budaqları kəsmək və bir yerə yığaraq yandırmaq, eləcə də ağacların dibinə fosfor və kalium gübrələri vermək tövsiyə olunur.

Yaponiya yalançı qalxanlı mumlu yastıcasına qarşı karantin tədbirlərinə düzgün əməl edilməli, yastıca yayılmış rayonlardan başqa rayonlara tunglərin və calaq üçün çubuqların göndərilməsinə yol verilməməlidir. Zərərverici ilə sirayətlənmiş bağlarda sentyabr-oktyabr aylarında yarpaqlar, qurumuş budaqlar və bitki qalıqları sahədən kənarda toplanaraq yandırılmalıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.