Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə aktyorun həmkarı İrfan Kanqı məlumat verib
Qeyd edək ki, sənətçi bir müddət əvvəl mədə kiçiltmə əməliyyatı etdirmişdi. Bundan sonra halı pisləşən sənətçi reanimasiyaya yerləşdirilmişdi. 66 yaşlı Özek 4 gün yaşamaq uğrunda mübarizə aparsa da, amma bu gün vəfat edib.
Xatırladaq ki, Yıldırım "Avrupa Yakası"serialında canlandırdığı "Sadettin Yerebakan" obrazı ilə daha çox məşhurlaşmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.