Culiya Roberts son günlər günü-gündən çəki atması ilə gündəmə gəlib. Aktrisa arıqlamağının sirrini açıqlayıb. 51 yaşlı Culiya bunun üçün əmək sərf etdiyini deyib:
"İndi əvvəlkindən iki dəfə balaca geyimlərdən istifadə edirəm. Bunun üçün ancaq təbii üsullardan istifadə etmişəm. Arıqlamağımın tək səbəbi çox hərəkət etməkdir. Bu həm sağlamlığım üçün yaxşıdır, həm də artıq piylərdən xilas olmağıma kömək etdi".
Culiya hazırda 45 kiloqram olduğunu deyib. 1,75 sm boyu olan aktrisa daha arıqlamaq istəmədiyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.