banner
banner

Sosİal

Turizm Agentliyi: Qoruqlar dövlət büdcəsindən asılılığı azaltmalıdırlar

Turizm Agentliyi: Qoruqlar dövlət büdcəsindən asılılığı azaltmalıdırlar

Dövlət Turizm Agentliyinin əsas fikri qoruqlar üçün yeni idarəetmə modeli tətbiq etməkdir.

Trend-in məlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov deyib.

DTA-nın tabeliyində 7 qoruğun olduğunu xatırladan M.Muradov əlavə edib ki, qoruqlar mütləq özünü maliyyələşdirməli, dövlət büdcəsindən asılılığı azaltmalıdırlar: "Qoruqlar eyni zamanda, turizm xidmətləri təşkil etməlidirlər. Bundan başqa, qoruqlar öz ərazisi çərçivəsində sosial məsələlərə həssas olmalıdırlar. Təbii ki, biz bu işləri tək görməyəcəyik. Mərkəzi icra hakimiyyəti orqanlarından tutmuş yerli icra hakimiyyəti, turizm sənayesinin nümayəndələri ilə birlikdə görəcəyik".

 

M.Muradovun sözlərinə görə, hotel və restoranlar turistlərə göstərdikləri xidmətin məsuliyyətini daşımalıdırlar: "Keyfiyyətli turizm xidmətinin göstərilməsi üçün DTA tərəfindən turizm sənayesinin üzvlərinə də lazımi dəstək veriləcək".

M.Muradov qeyd edib ki, turistlərin yerləşdirilməsi üçün hotel, hostellər və Bakı kəndlərində standartlara cavab verən evlər olmalıdır.

Onun sözlərinə görə, DTA bu istiqamətdə bütün ölkədə hotel, hostel və digər yerləşdirilmə obyektlərinin tikilməsini təşviq edilməsi üçün mexanizm üzərində işləyir: "Bununla bağlı təkliflər yaxın zamanlarda DTA tərəfindən hökumətə təqdim ediləcək".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.