banner
banner

Şou

"Qaşlarını alırlar, qızla gəlini ayırmaq olmur" ELZA SEYİDCAHA

"Qaşlarını alırlar, qızla gəlini ayırmaq olmur"

Əməkdar artist Elza Seyidcahan indiki qızların vaxtından tez üz cizgilərinə əl gəzdirmələrindən gileylənib.

Bunu, ATV telekanalında əsəblərinə hakim kəsilə bilməyən Seyidcahan öz qızını hər kəsə örnək gətirib.

“İndiki qızların üzünə baxırsan, bilmirsən ərə gedib, ya yox. 15 yaşı var - qaşını da alır, qaynaq da edir. Əvvəllər qızın üzünə baxanda bilirdin ailə qurub, ya yox. İndi qız ilə gəlin bir-birindən seçilmir. Mən də evdə qız uşağı böyüdürəm. Biz 4 bacıyıq. Məlum məsələlər var ki, qız onu ailə qurduqdan sonra edər. Mənim 2 bacımdan biri 28, digəri isə 29 yaşında adət-ənənə ilə ailə qurdu. Baxın mənim qızıma. 26 yaşı var. Ona deyirlər sən niyə belə etmirsən? Sən Elza Seyidcahanın qızısan. Qız ailə qurana kimi ismətini saxlamalıdır. Kitab oxuyan qızın başı qaynağa qarışmayacaq”.(publika.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.