"Stil ikonası" kimi tanınan Viktoriya Bekhem bu dəfə zövqsüzlüyü ilə gülüş obyektinə çevrilib. Model çimərlikdə qırmızı hündürdaban ayaqqabı ilə görüntülənib. Uşaqları ilə gəzintiyə çıxan Bekhem onlarla gün keçirməyə çalışıb.
Viktoriya 7 yaşlı Harper və 13 yaşlı Kruzu çimərliyə aparıb. Özü isə Sidney çimərliyində hündürdaban ayaqqabısı ilə dolaşıb.
Fotolarının çəkildiyini görən Viktoriya onlara əhəmiyyət verməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.