Xəbər verdiyimiz kimi, müğənni Sərdar Ortacın xanımı Xloe Louqnan motosiklet qəzasına düşüb. Lakin aparıcı Asena Atalay onun əslində döyüldüyünü deyib.
Müğənni yayılan iddialara cavab verib: “Deyirlər ki, Sərdarın xanımını döyüblər. Əlimizdə qəzadan sonra xəstəxanadan verilən sənədlər var. Deyək ki, yalandır və sağ, sol qolunu qırıb. Bəs başqa xəsarətlər alması necə olub? Əvvəl sağ, sonra sol qolunu qırıb. Belə xəsarət yetirə biləcək boksçu var? Onda bu işkəncədir”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.