banner
banner

Şou

Günayın keçmiş əri xəstəliyindən danışdı: "Çətin bir dövrdən keçirəm"

Günayın keçmiş əri xəstəliyindən danışdı:

Bir müddət əvvəl sosial şəbəkədə keçəl şəkillərini paylaşan türkiyəli aktyor Tolqa Karelin xəstə olduğu iddia olunub.
Aktyor susqunluğunu pozaraq haqqında çıxan xəbərlərə aydınlıq gətirib. O, ilk və son dəfə bu barədə danışdığını bildirib:

"Həqiqətən də çətin bir dövrdən keçdim və hələ də keçirəm. Yaşadıqlarımı heç vaxt gündəmə gəlməkdən istəmədim. Amma bu qədər narahat olduğunuz üçün ilk və sonuncu dəfə danışacağam. Hər kəsin bu həyatla bağlı bir savaşı var. Bu savaş doğulduğumuz gündən başlayır və ölənə qədər davam edir. 2 ildir karyerama və şəxsi həyatıma Amerikada davam edirəm. İnsanın öz ölkəsindən, sevənlərindən, mədəniyyətindən ayrı qalması asan deyil. Yorulmuşdum, bədənim də yorulmuşdu. Çox dərinə getməyəcəm. İndi hər şey daha yaxşıdır. Həyat bizə Allah tərəfindən verilmiş bir hədiyyədir. Hər gün şükr edərək sağlamlığımızın qiymətini bilib yaşamalı və ətrafdakılarımızı yaşatmalıyıq".

 

“Qeyd edək ki, 2 il öncə Amerikaya köçən Tolqa 2016-cı ildə Sarah Skotti ilə ailə qurub. Cütlüyün bu nikahdan Mia adlı qızı var. Aktyor daha əvvəl azərbaycanlı model Günay Musayeva ilə evli olub. Onların Cihangir adlı bir oğlu var.

 

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.