Müğənni Yıldız Tilbe sevənlərini konsert proqramı ilə sevindirib. İfaçı 3 saat ərzində 3000 tamaşaçısına unudulmaz gecə yaşadıb. Bir-birindən maraqlı mahnılar oxumaqla yanaşı, Yıldız izləyiciləri ilə söhbət də edib.
52 yaşlı sənətçi heç vaxt estetik əməliyyat etdirmədiyini vurğulayıb: "Heç vaxt estetik əməliyyat üçün bıçaq altına yatmadım. Özüm də, ruhum da 52 yaşındadır. Əməliyyat etdirib 15 yaşlı qız kimi görünə bilərəm, amma ruhum olduğu kimi qalacaq. Mənim estetik əməliyyatım ancaq qaşlarımın alınmasıdır".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.