banner
banner

Şou

“Münasibətdə olduğum kişi var, amma...” - Almaz Ələsgərlidən etiraf

“Münasibətdə olduğum kişi var, amma...”

Azərbaycanlı müğənninin məşhur verilişdə etdiyi etiraflar gözlənilməz olub. 

ANS PRESS-in məlumatına görə, “Məchulu tapın” verilişinin qonağı olan respublikanın əməkdar artisti, müğənni Almaz Ələsgərli formata uyğun olaraq ekspertlər tərəfindən dəyərləndirilib. 

Onların əksəriyyətinin sənətçi barəsində söylədiyi fikirlər doğru çıxıb. Lakin onun qısqanc olması barədə deyilən fikirlə razılaşmayıb. Aparıcı bunu bəlkə həyatında birinin olmaması ilə əlaqələndirdikdə, müğənni həyatında birinin olduğunu deyib.

“Tərəf müqabilim deməzdim ki yoxdur, əlbəttə ki, var. Amma ailəm yoxdur. Yəni ailədən də artıqdır, sadəcə ər-arvad kimi rəsmi nikahım yoxdur. Belə qadının sevdiyi insan olmaz?” – deyə A.Ələsgərli aparıcının fikrinə münasibət bildirib. 

Qeyd edək ki, ANS TV-də yayımlanan sözügedən verilişə dəvət olunan məşhurlar 5 xüsusi qabiliyyətli ekspert tərəfindən tədqiq olunur. Bu ekspertlər kriminalist, psixoloq, ekstrasens, parapsixoloq və xiromantdır. Onlar məchul qalan qonağın kimliyini tapmalıdırlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.