Bu gündən Bakıda daha bir yol bağlanılır. Bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən bildirilib. Məlumata görə, martın 20-dən etibarən səhər saatlarından paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərinin Böyük Şor dairəsinə gedən istiqamətdəki hissəsi bağlanıb. Səbəb hər iki yolötürücüsündə temperatur tikişlərinin yenilənməsidir. Hazırda həmin hissədə köməkçi yollar nəqliyyatın hərəkəti üçün açıqdır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.