Məşhur Bollivud ulduzu amerikalı müğənniyə ərə getdi
Məşhur müğənni Nik Conas Bollivud ulduzu Priyanka Çopra ilə evlənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, dəbdəbəli toy Hindistanda baş tutub. “Umaid Bhawan” sarayında keçirilən toyda qonaqlara qadağa qoyulub. Belə ki, heç kim telefonla foto çəkə bilməyib.
Bəy və gəlinin yaxınları gecədə sürpriz rəqs hazırlayıblar. Mərasimə “Game of Thrones” serialının ulduzu Sofia Törner da qatılıb.
Ötən may ayında nişanlanan Nik və Priyanka məclisdən fotoları daha sonra özləri yayıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.