Aktrisa Vahide Perçin bundan sonra heç bir filmdə rol almayacaq.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa hazırda rol aldığı “Bir zamanlar Çukurova” adlı serialın bir bölümü üçün çəkiliş meydançasında 140 dəqiqə keçirir. Vaxtının çoxunu çəkilişə həsr edən V.Perçinin aktrisalıqdan getmək qərarı da bu səbəbə görədir.
Bununla yanaşı o, serialın finalından sonra İstanbulu tərk edəcək. Aktrisa bildirib ki, yalnız tək bölümlük filmlərdə obrazlar canlandıracaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.