Tütün Azərbaycan xalqının sağlamlığına, maddi vəziyyətinə və onun ruhuna ciddi ziyan vurur. Ölkədə hər il 8 min 400-dən çox insan tütün məmulatlarının səbəb olduğu xəstəliklərdən ölür. Bununla belə Azərbaycanda hal-hazırda yetkinlik yaşına çatmamış 3 min uşaq və yetkinlik yaşına çatmış 1 milyon 628 min insan hər gün siqaret çəkməyə davam edir. Bu statistika Dünya Ağciyər Fondunun hazırladığı məlumatda göstərilib. "Tobaccoatlas.org" saytının yerləşdirdiyi həmin məlumatda həmçinin bildirilib ki, ölkəmizdə tütün sənayesi getdikcə inkişaf edir. "Buna görə də tütün məhsulları ildən-ilə daha çox can alacaq". Fond məhz bu səbəbdən Azərbaycanda tütünə qarşı mübarizənin gücləndirilməsinin vacib olduğunu vurğulayıb. "Bu ölümcül mübarizədə tütünün istifadəsinə qarşı olan qurumlar öz səylərini daha da gücləndirmək üçün digər ictimai təşkilatlarla birləşməlidirlər", - deyə məlumatda yazılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.